Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

DST: Avropada İİV epidemiyası sürətlə artır

DST: Avropada İİV epidemiyası sürətlə artır

Date: 16 January 2016 20:33


Bakı, 16 yanvar, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri Avropa əhalisini, xüsusilə zəif kateqoriyadan olanları İnsan İmmunçatışmazlığı Virusunun (İİV) profilaktika, diaqnostika və müalicəsi səviyyəsini yüksəltməyə çağırır. Bu isə miqrantlara, qaçqınlara və cinsi azlıqların nümayəndələrinə aiddir.
AZƏRTAC “who.int” saytına istinadla xəbər verir ki, bu çağırış Avropada sağalmaz infeksion xəstəliyin sürətli inkişafı ilə əlaqədardır. DST-nin məlumatına görə, 2014-cü ildə Avropada İİV/QİÇS-ə yoluxmaya dair 142 hal qeydə alınıb. Bu, regionda xəstəliyin 1980-ci ildə qeydiyyata alındığı vaxtdan ən yüksək göstəricidir.
Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin artma səviyyəsi regionun şərq hissəsində müşahidə olunur. 2004-cü ildən İİV infeksiyası hallarının ilk aşkar olunması göstəriciləri Avropa İttifaqının bəzi ölkələrində iki dəfədən çox artıb, digərlərində isə 25 faiz azalıb. Bu onu göstərir ki, Avropa ölkələrində epidemiyaya cavab tədbirləri kifayət dərəcədə təsirli olmayıb.
Son vaxtlar DST İİV infeksiyasının profilaktikası və müalicəsi üzrə yeni kitab buraxıb. Nəşrdə bütün insanlara antiretrovirus təyin edilməsi tövsiyə olunur. Hazırda sübut edilib ki, müalicəyə tez və vaxtında başlamaq həm İİV-ə yoluxanın sağlamlığı, həm də İİV-in ötürülməsinin profilaktikası baxımından üstünlüyə malikdir.

Tags:  DST Avropada İİV epidemiyası sürətlə artır


RƏYLƏR


Top news