İstanbuldan Bakıya uçuş dayandırıldı

İstanbuldan Bakıya uçuş dayandırıldı
02:01 17 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

“Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb. ANS PRESS-in məlumatına görə, buna səbəb bu gün İstanbulda gözlənilən fırtınalı hava şəraitinin proqnozlaşdırılmasıdır.

“Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə planlaşdırılan aviareyslər təxirə salınıb.

Son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Yanvarın 16-da əlverişsiz hava şəraiti İstanbul - Bakı reysinin yenə təxirə salınmasına səbəb olmuşdu. THY gözlənilən fırtına səbəbindən yanvarın 15-16-na olan onlarla reysini təxirə salmışdı.

Onların arasında yanvarın 16-da Bakıya nəzərdə tutulan reys də var idi. Belə ki, reyslərdən biri saat 08:15-13:05 (İstanbul-Bakı), digəri isə 14:35-15:50-də (Bakı-İstanbul) olmalı idi.



Yanvarın 9-da da THY əlverişsiz hava şəraitinə görə İstanbul-Bakı aviareysini təxirə salmışdı. Həmin gün ümumilikdə 31 aviareysin həyata keçirilməsinə qadağa qoyulmuşdu.

Bundan əvvəl də qonşu ölkədə bənzər hal qeydə alınmışdı. THY “Atatürk” hava limanında gözlənilən fırtına səbəbindən yanvarın 6-7-də həyata keçiriləcək 84 uçuşu təxirə salmışdı.

2015-ci ilin son günlərində isə yəni 30-31 dekabrda İstanbulda müşahidə olunan çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. Təxirə salınan reyslər arasında İstanbul-Bakı reysləri də olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR