Müğənni Şəbnəm Tapdıqdan maraqlı etiraf
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Evdəyik" verilişinin qonağı olan Şəbnəm Tapdıq müğənni Sərxan Sərxanla aralarında olan münasibətlərdən danışıb.
"Mən indiyə qədər heç kimi sevməmişəm. Mənə vurulanlar çox olub. Amma mən onlara qarşılıq verə bilməmişəm".
Ş.Tapdıq aparıcının "Sərxan Sərxanı amma sevmisiz" sözlərinə belə cavab verib.
"Ağ yalandı. Mən buna görə xəcalət çəkirəm. Onunla sevgili olmağım şərdi, böhtandı. Axırda məhkəməyə müraciət edəcəm. Xahiş edirəm, adımın yanında onun adını hallandırmayın. Kişidən nə qədər uzaq olsan, başına o qədər əzab gəlməz. Kişilər qadınların başına "hoqqa" açır. Mən çox qürurlu insanam. Hər sevgi etiraf edənə ürəyimi vermərəm. Qürurumu sındırıb, kimisə sevə bilmirəm".

Milli.Az