Ən zəngin insanların nə qədər pulu var?

Ən zəngin insanların nə qədər pulu var?
21:52 30 Dekabr 2014
271 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu insanlarının ümumi kapitalı cari ildə 92 milyard dollar artıb. Bu haqda ABŞ-ın Bloomberg işgüzar xəbər agentliyi məlumat paylaşıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ xəbər agentliyinin qiymətləndirməsinə əsasən, planetin 400 zəngin insanının ümumi varidatı artıq təxminən 4,1 trilyon dollara yaxınlaşıb. Çinin Alibaba internet şirkətinin təsisçisi və direktorlar şurasının sədri Cek Ma, Dalian Wanda Group investisiya şirkətinin sahibi Van Szyanlin, həmçinin Berkshire Hathaway investisiya holdinqinin rəhbəri Uorren Baffet zəngin insanlar arasında daha çox uğur əldə ediblər.
 
Cek Ma ötən il öz kapitalını 25,1 milyard dollar artırmağa nail olub. Beləliklə, Bloomberg-in məlumatına görə, keçmiş ingilis dili müəllimi Asiyanın ən zəngin insanı olub.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/316760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR