İngiltərə Liqa Kubokunda ilk finalçı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Liverpul" doğma meydanda "Stok Siti"ni qəbul edib. Matçın əsas hissəsi qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda "Liverpul" eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək finala yüksəlib.

"Liverpul" - "Stok Siti"- 0:1 (Penaltilər seriyası- 6:5)
(İlk oyun:1:0)
Qol: Marko Arnautoviç, 45+1 (0:1)

İngiltərə klubunun rəqibi "Mançester Siti" - "Everton" qarşılaşmasının qalibi olacaq.

Milli.Az