ANS PRESS-in məlumatına görə, ifaçının prodüsseri Kuk Harrel “İnstagram” səhifəsində "Missiya yerinə yetirildi!" statusu altında şəkil yerləşdirərək, müğənninin diski üzərində işlərin sona çatdığını vurğulayıb.
Rihanna özü isə statusun altından "səkkiz şarlar ilə birlikdə" şərhini yazıb. İddia olunur ki, müğənninin uzun müddətdir gözlənilən albomu hazırdır.
Bundan əlavə, Rihanna yeni musiqisini 8895 dollarlıq (14.276 min AZN) qulaqcığı ilə qulaq asıb. O, qulaqcıq ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb.

Rihanna - ifaçısı
Rianna 2005-ci ildə ilk dəfə "Pon de Replay" adlı albomunu çıxardıb. Albom "Billboard Hot 100-də" 2-ci sıraya qədər yüksəlib və böyük uğurlar əldə edib. 2006-cı ildə isə "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxardıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"-də 1 nömrəyə qədər yüksəlib.
"Anti" albomun tizeri

"Anti" albomun üzlüyü