Elisey sarayından verilən yazılı açıqlamada, prezident Fransua Olland tərəfindən onun istefasının qəbul edildiyi bildirilir.
Açıqlamada, konsitutsiya islahatının parlamentdə müzakirəyə çıxarılacağı bir gündə Taubiranın və Ollandın birgə görüşündən sonra bu nəticəyə gəlindiyi bildirilir.

Kristiana Taubira - Fransanın sabiq ədliyə naziri
Onun yerinə ədliyə naziri vəzifəsinə Jean-Jacques Urvoas gətirilib. İstefadan sonra o, şəxsi Twitter hesabında “mübarizə aparmaq bəzən qalmaq, bəzən də getmək deməkdir”, deyə status paylaşıb.
Fransa hökuməti konsitutsiyaya dəyişiklik çərçivəsində, Fövqaladə vəziyyətin 3 ay uzadılmasını və terror cinayətindən məhkum edilən şəxslərin vətəndaşlıqlarının azaldılması haqqında qanun layihəsinin parlamentə təqdim edilməsi gözlənilir.
Fransada bu qanun layihəsi “İŞİD qanunu“ olaraq tanınır.

Terrorun baş verdiyi ərazilər
Fransa hökuməti bu qərara ötən ilin noyabrın 13-də baş verən dəhşətli terror hadisələrindən sonra gəlib. Terror hadisəsi “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib. Hadisə nəticəsində 130 nəfər həyatını itirib.