Axşam.az küsülü müğənnilərin siyahısını təqdim edir:
Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova illərdir danışmır. İ.Quliyeva eyni zamanda həmkarı Nazpəri Dostəliyeva ilə də küsülüdür. N.Dostəliyevanın verilişlərin birində müğənninin titulları haqqında dedikləri qarşı tərəfin xoşuna gəlməmişdi. İ.Quliyeva N.Dostəliyevanı məhkəməyə vermiş və 25 min manat təzminat almışdır.

İlhamə Quliyeva ilə xalq artisti Məleykə Əsədova da illərdir danışmır.
Xalq artisti Aygün Kazımova da şou-biznesdə bir çox ifaçılarla küsülüdür. Müğənni illərdir Natavan Həbibi ilə danışmır. N.Həbibi ona “ermənidir” deyən xalq artistini məhkəməyə verib. A.Kazımova uzun müddətdir əməkdar artist Röya Ayxanla da küsülüdür.

Aygün Kazımovnın danışmadığı digər həmkarı isə Brilliant Dadaşovadır. Buna səbəb B.Dadaşovanın A.Kazımovanın Türkiyə şou-biznesinə qatılmasını tənqid etməsi olub.

A.Kazımova bu yaxınlarda isə müğənni Elton Hüseynəliyevlə küsüb. E.Hüseynəliyevin Natavanla eyni verilişə çıxması Aygünün xoşuna gəlməmişdi.
Xalq artistinin küsülü olduğu digər məşhur isə rəqqasə Oksana Rəsulovadır. Bir vaxtlar Oksananın meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması xəbəri A.Kazımovanı özündən çıxarmışdı.
O.Rəsulova bu yaxınlarda müğənni Natavan Həbibi ilə küsülü olmasını açıqlayıb. Onların uzun sürən dostluqlarına nəyin kölgə salması isə hələ ki, açıqlanmayıb.

Oksana həmkarı Fatimə Fətəliyeva ilə də küsülüdür. Hər iki rəqqasə bu sənətdə birnci olduğunu iddia edərək, qalmaql yaşayıb.
Əməkdar artist Lalə Məmmədova ilə Brilliant Dadaşova da küsülüdür.
N.Həbibi bir vaxtlar yeyib-içdikləri ayrı getməyən müğənni Kərim Abbasovla küsülüdür. K.Abbasovun efirlərin birində Aygün Kazımovanı tərifləməsi N.Həbibinin xətrinə dəyib. Natavan eyni zamanda Ayan Babakişiyeva ilə də küsülüdür.

A.Babakişiyeva ilə müğənni Aysel Əlizadə də küsülüdür. Ayan “Ay Zaur” verilişinin çəkilişi üçün Ayseli evinə dəvət edib. Ayselin bundan imtina etməsi onlar arasında incikliyə səbəb olub.
Əməkdar artist Röya Ayxan müğənni Elton Hüseynəliyevlə, Elnur Məmmədovla danışmır. Röya eyni zamanda bir vaxtlar prodüseri olan Toliklə də küsülüdür. Röyanın küsülü olduğu tanınmışlardan biri də Niyam Salamidir. Türkiyəli müğənni Halil Sezainin Bakı konsertində Niyam Aygün Kazımova ilə eyni masada əyləşib. Bu da Röyanın xoşuna gəlməyib və onunla dostluğunu bitirib.

Xalq artistləri Faiq Ağayevlə Flora Kərimova da illərdir küsülüdür. Bu incikliyə səbəb isə F.Ağayevin “Flora Kərimova qızını mənə ərə vermək istəyir” sözləri olmuşdu. F.Ağayev eyni zamanda Brilliant Dadaşova ilə də küsülüdür.
Əməkdar artist Abbas Bağırovla müğənni Ramal İsrafilov illərdir danışmır. Onlar arasında qalmaqala “Aləm gözəl” mahnısı səbəb olub. R.İsrafilov bəstənin ona aid olduğunu bildirib. A.Bağırov isə mahnını Anar Məmmədovun yazdığını iddia edib. A.Bağırovun küsülü olduğu ifaçılardan biri də Nazim Məmmədovdur.

Nazim Məmmədov bu yaxınlarda açıqlama verərək Röya ilə danışmadıqlarını etiraf etmişdi.
Müğənni Vasif Məhərrəmli ilə Faytonçu Nazim də bu yaxınlarda qalmaqal yaşayıb. Vasif verilişdə həmkarının ünvanına “Nazimin səsi yoxdur” sözlərini işlətmişdi.