Latın Amerikasındakı bir çox şəhər yaşam üçün olduqca təhlükəlidir. Venesuelanın paytaxtı Karakas isə qətllərin sayına görə "lider" mövqe tutur.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, dünyanın 50 ən təhlükəli şəhərinin 41-i Latın Amerikası ölkələrində, 21 şəhərsə Braziliyadadır.
Narkoticarət, bandalar arasında savaş, siyasi qeyri-stabillik bu şəhərlərdəki yaşamı çox çətinləşdirir.
Meksikadakı "Citizens Council for Public Security and Criminal Justice" təşkilatının hazırladığı reytinqdə təhlükəli şəhərlər arasında ABŞ-ın Senrt-Lüis, Baltimor, Detroyt və Nyu-Orlean şəhərləri də var.
"Dünyanın ən təhlükəli 50 şəhəri" reytinqinin ilk onluğunu təqdim edirik (hər 100 min nəfərə düşən qətllərin sayı):
1. Karakas (Venesuela) - 119.87
2. San Pedro Sula (Honduras) - 111.03
3. San Salvador (Salvador)- 108.54
4. Akapulko (Meksika) - 104.73
5. Maturin (Venesuela)- 86.45
6. Distrito Sentral (Honduras) - 73.51
7. Valensiya (Kolumbiya) - 72.31
8. Palmira (Kolumbiya) - 70.88
9. Keyptaun (Cənubi Afrika Respublikası) - 65.53
10. Kali (Kolumbiya) - 64.27.

Milli.Az

Dünyanın ən təhlükəli şəhərləri - REYTİNQ - FOTO