Müğənni-bəstəkar Ceyhun Əliyev özü ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində universitet imtahanından kəsildiyini bildirib:

“Canəli Əkbərovdan muğam dərsləri almışam. Azərbaycan Milli Konservatoriyasında oxumaq istəyirdim. İki il öncə həmin ali ocağa daxil olmaq üçün test imtahanı verdim. Amma lazımi qədər bal toplaya bilmədim. Sənət işləri ilə bağlı hər gün ora-bura qaçıram. Çatdırıb kifayət qədər mütaliə edə bilmirəm”.

C.Əliyev yazda mahnılarından birinə klip çəkdirəcəyini deyib:

“Elə sənət adamı var ki, yaradıcılığını izləyirəm, bir dənə də klipini görmürəm. Bunlardan biri Məhəbbət Kazımov olub. Klipi sənət adamı üçün vacib hesab edirəm. Mahnılarımı tez-tez ekranlaşdırıram. Növbəti klipimi isə yazda çəkəcəm".