Rusiyanın əməkdar artisti Kristina Orbakayte xəstəxaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, məşhur müğənni həyat yoldaşı ilə bərabər Avstraliyaya uçub. İfaçı uçuş zamanı özünü pis hiss edib.

Orbakaytenin hava limanında vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirirlib.

Kristinanın sözlərinə görə, akklimatizasiya baş verib və onun üçün də vəziyyəti ağırlaşıb. İfaçı sosial şəbəkədə xəstəxanadan şəkil paylaşıb.

Məşhur müğənni əri ilə bərabər xəstəxanaya düşdü
Kristina Orbakaytenin "Instaqram" səhifəsi

Kristina Orbakayte Rusiyanın primadonnası Alla Puqaçovanın qızıdır. Kristina Orbakayte 1986-cı ildən 1997-ci ilə kimi müğənni Vladimir Presnekov ilə yaşayıb. Onların bu münasibətdən Nikita adlı oğlu var.


Kristina Orbakayte və Vladimir Presnekov - "Pereletnaya ptitsa"

K. Orbakayte müğənnidən ayrıldıqdan sonra biznesmen Ruslan Baysarov ilə görüşməyə başlayıb. Müğənnini Ruslandan 1 oğlu var.


Avstraliyanın xəritəsi

2005-ci ildə sənətçi biznesmen Mixail Zemsov ilə evlənib. Cütlüyün Klavdiya adında qızı var. Klavdiya 2012-ci ildə Mayamidə anadan olub.