Braziliya millisinin sabiq futbolçusu, hazırda Meksikanın “Kueretaro” klubunda çıxış edən Ronaldinyo karyerasını Afrikada davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, “sambaçı” Anqolanın “Kabuskrop” klubuna keçə bilər.

Bu barədə klubun prezidenti Benedikt Kanqamba yerli mətbuata açıqlamasında deyib. O, Ronaldonyonun gələn mövsümdən komandasında oynamaq ehtimalının böyük olduğunu qeyd edib: “Ronaldinyo ilə danışıqlarımız gedir. Hazırda klubu ilə müqaviləsi var. Ancaq yayda komandamıza qatıla bilər”.

Qeyd edək ki, Braziliya millisinin digər sabiq üzvü Rivaldo 2012-ci ildə “Kabuskorp”da çıxış edib.

Milli.Az