Kamal Abdullayev: "Azərbaycanda aparılan düzgün siyasət nəticəsində şiələrlə və sünnilər bir məsciddə namaz qılırlar"

Kamal Abdullayev: "Azərbaycanda aparılan düzgün siyasət nəticəsində şiələrlə və sünnilər bir məsciddə namaz qılırlar"
16:37 9 Fevral 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşayır və onlar qardaş kimi yaşayırlar. Azərbaycan bu mənada öz multikultural təhlükəsizliyini təmin edə bilib".
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşündə deyib.
O bildirib ki, Azərbaycanda bu gün aparılan düzgün dini siyasət nəticəsində şiələrlə və sünnilər bir məsciddə namaz qılırlar: “İslam dinində müxtəlif məzhəblər var. Hətta ölkələr var ki, o məzhəblərdən hər hansı birini dövlət siyasəti elan edib və onun ətrafında biləşib. Mən bunu deyəndə şiə və sünni məzhəblərini nəzərdə tuturam. Azərbaycanda bu gün aparılan düzgün dini siyasət nəticəsində sünnilər və şiələr bir-birinin yanında durub namaz qılırlar. Halbuki başqa şərq ölkələrində biz bu iki məzhəbin nümayəndələrinin son dərəcə qanlı, kəskin qarşıdurmasının şahidi oluruq”. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/kamal-abdullayev-azerbaycanda-aparilan-duzgun-siyaset-neticesinde-sielerle-ve-sunniler-bir-mescid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR