Alla Puqaçova ukraynalı siyasətçi, sabiq baş nazir Yuliya Timoşenko ilə duet oxumaq istəyir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Alla Puqaçova İnstagram səhifəsində yazıb. Məhşur müğənni birgə duet oxumaq barədə Yuliya Timoşenkoya təklif etdiyini də bildirib.

Puqaçova Timoşenko ilə rəfiqə olduğunu qeyd edib və birgə fotolarını da yayımlayıb.

Milli.Az