Azərbaycanda ağır qəza: 2 ölü, 2 yaralı

Azərbaycanda ağır qəza: 2 ölü, 2 yaralı
19:17 31 Dekabr 2014
161 Digər
Ölkə mətbuatı
A- A+

Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində ağır qəza baş verib.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, “Mercedes” markalı avtomaşının aşması faciə ilə nəticələnib.
 
Belə ki, hadisə nəticəsində “Mercedes”in sürücüsü, 1989-cu il təvəllüdlü Nəzərov Orxan Mirzəağa oğlu və sərnişini - 1985-ci ildə anadan olmuş Sadıqov Ramin Cəmaləddin oğlu hadisə yerində dünyasını dəyişiblər.
 
Avtomaşının sərnişini olan daha iki nəfər isə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hadisəyə avtomaşının yüksək sürətlə idarə olunması səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/54835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR