Azərbaycanlı ifaçının da qatıldığı Türkiyənin “Və qazanan” yarışması fevralın 21-dən efirə gedəcək.
Axşam.az-ın məlumatına görə, musiqi yarışmasında ölkəmizi Leyla Rəhimova adlı müğənni təmsil edəcək.
Bu haqda təşkilatçı Nahid Emiloğlu xəbər verib:
“Yarışma üçün Bakıda da seçim turları keçirildi. Leylanın səsi bəyənildi. Şərtlərə əsasən iştirakçı münsifin qərarını bilmədən ona təklif olunan 50 min lirəni (təxminən 15 min manat) ya qəbul edib oyundan uzaqlaşır, ya da ondan imtina edib, yarışmada qalır. Veriliş boyunca seçilən ifaçılar mahnılar oxuyacaqlar. “Və qazanan”ın qalibini böyük mükafat gözləyir".
Verilişin münsif kürsüsündə müğənni Kənan Doğulu və Şəbnəm Fərah əyləşib. “Və qazanan” Bakı vaxtı ilə saat 22:00-da “Star TV-də yayıma başlayacaq.