Meyxanaçı Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulova ilə bağlı yayılan şayilərə münasibət bildirib.
Axşam.az-a açıqlama verən sənətçi uzun müddətdir danışmadıqlarını etiraf edib:
“Oksana xanımın xətrini çox istəyirəm, gözəl dostumdur. Bizim ünsiyyətimiz lazımsız söz-söhbətlərə səbəb olurdu. Buna görə də bacardığımız qədər uzaq olmağa çalışdıq. Düşünün, bu şayiələr nə dərəcədə böyük idi ki, biz dostluğu bitirdik. Mənim üçün belə şayiələrin əhəmiyyəti yoxdur. Amma Oksana xanımdır, gələcəyi var idi. İstəmədim onun adına söz yayılsın. Haradasa qarşılaşsam, film təqdimatına dəvət etsə, gələrəm”.
Bu yaxınlarda Çindən qayıdan N.Qaraçuxurlu səyahətlərdə pul xərcləmədiyini, səfərləri dostlarının ona hədiyyə etdiyini bildirib. Meyxanaçı Novruz bayramı ərəfəsində Almaniyada kosnert verəcəyini də bildirib.
Qeyd edək ki, bir vaxtlar Namiqlə Oksananın sevgili olmaları xəbəri yayılmışdı.


