Bu gün İngiltərə Premyer Liqasında XXIX tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun oyunları 2 gün ərzində keçiriləcək.

İlk oyun günündə 8 qarşılaşma baş tutacaq. Günün ilk matçında Şimali London derbisi oynanılacaq. "Tottenhem" "Arsenal"ı qəbul edəcək. Bu matç turnir cədvəlində ilk 3-lükdə qərarlaşmış hər iki komanda üçün də həyati əhəmiyyətlidi. Məğlub olan komandanın çempionluq yarışından bir az da uzaqlaşacağı qarşılaşma turun mərkəzi oyunu hesab oluna bilər.

Son 12 oyunda məğlubiyyətin nə olduğunu bilməyən "Çelsi" "Stok Siti" ilə oynayacaq. "Mançester Siti" öz meydanında "Aston Villa"nı sınağa çəkəcək.

Lider "Lester" isə ilk oyun gününün son matçında "Uotford" səfərinə yollanacaq.

Bazar günü isə daha iki matç baş tutacaq. "Liverpul" və "Mançester Yunayted" uyğun olaraq "Kristal Palas" və "Vest Bromviç" səfərinə yollanacaqlar.

İngiltərə Premyer Liqası
XXIX tur

5 mart
16:45. "Tottenhem" - "Arsenal"
19:00. "Çelsi" - "Stok Siti"
19:00. "Everton" - "Vest Hem"
19:00. "Mançester Siti" - "Aston Villa"
19:00. "Nyukasl" - "Bornmut"
19:00. "Sauthempton" - "Sanderlend"
19:00. "Suonsi" - "Norviç"
21:30. "Uotford" - "Lester"

6 mart
17:30. "Kristal Palas" - "Liverpul"
20:00. "Vest Bromviç" - "Mançester Yunayted"

1.

Lester

28

16

9

3

51:31

57

2.

Tottenhem

28

15

9

4

49:22

54

3.

Arsenal

28

15

6

7

44:28

51

4.

Mançester Siti

27

14

5

8

48:31

47

5.

Mançester Yunayted

28

13

8

7

37:26

47

6.

Vest Hem

28

12

10

6

42:31

46

7.

Stok Siti

28

12

6

10

30:33

42

8.

Liverpul

27

11

8

8

41:36

41

9.

Southempton

28

11

7

10

35:28

40

10.

Çelsi

28

10

9

9

42:38

39

11.

Everton

27

9

11

7

49:36

38

12.

Uatford

28

10

7

11

29:29

37

13.

Vest Bromviç

28

9

9

10

29:36

36

14.

Kristal Palas

28

9

6

13

31:37

33

15.

Bornmut

28

8

8

12

32:44

32

16.

Suonsi

28

7

9

12

27:37

30

17.

Sanderlend

28

6

6

16

34:53

24

18.

Norviç

28

6

6

16

31:53

24

19.

Nyukasl

27

6

6

15

27:50

24

20.

Aston Villa

28

3

7

18

22:51

16

Milli.Az