İngiltərə Premyer Liqasının 29-cu turunda "Stok Siti"ni qəbul edən "Çelsi" rəqibiylə sülhə razılaşıb - 1:1. Beləliklə, "zadəganlar"ın baş məşqçisi Quus Hiddink məğlubiyyətsiz oyunlarının sayını 12-yə çatdırmaqla rekord müəyyən edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəssis təyinatından sonra ən uzun müddət yenilgi görməyən məşqçi statusunu əldə edib. O, 2015-ci il dekabrın 20-də "Çelsi"nin baş məşqçisi təyin olunduqdan sonra komanda Premyer Liqada 5 qələbə qazanıb, 7 dəfə heç-heçə oynayıb. London klubunun yeganə məğlubiyyəti səfərdə PSJ-yə qarşı (1:2) olub ki, bu da Çempionlar Liqasına təsadüf edir.

Əvvəlki rekordun sahibi Frenk Klark idi. 1993/94 mövsümündə "Nottinqhem Forest"in sükanı arxasına keçəndən sonra komanda ardıcıl 11 oyunda məğlubiyyət acısı yaşamamışdı.

Milli.Az