Şou-biznes nümayəndələri səhnədən uzaqlaşsalar, hansı peşə ilə məşğul olmaq istəyərlər?
Axşam.az musavat.com-a istinadən tanınmışların cavablarını təqdim edir:
Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesdə biznesin qalmadığını bildirib:
“Şou var, biznes artıq yoxdur. Mən sənətə puldan ötrü gəlməmişəm, yaradıcılığımı davam etdirəcəyəm. Ətrafımda ticarətçilər çoxdur. Onlara həsəd aparıram, bildiklərini öyrənmək istəyirəm. Əvvəllər daim sənətimlə məşğul olub, konsertlər, mahnılar haqqında düşünmüşəm. Biznesin bir neçə sahəsi ilə məşğul olmaq istəyirəm. İllər öncə ayaqqabı biznesinə qoşuldum. O ayaqqabılar hazırda böyük ticarət mərkəzlərində satılır. Dollarla işlədiyimiz üçün devalvasiya bizə də təsir etdi. Anbarda olan malları satıb, ayaqqabıların pulunu ödəyəcəyik. Onu da qeyd edim ki, qiymətləri qaldırmamışıq. Anbardakı malımız bitəndən sonra ayaqqabı biznesini davam etdirib-etdirməyəcəyimi biləcəyəm”.
Müğənni Günay İbrahimli də biznes qurmaq istəyən məşhurlar siyahısındadır:
“Hər kəs kimi mən də vəzifədə olmaq istəyərəm. Kim istəməz ki? Uşaqlıqdan isə bir arzum var, onu həyata keçirmək istəyirəm. Hazırda maddi durumum buna imkan vermir. Nə işlə məşğul olacağımı açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, arzum bizneslə bağlıdır”.
Müğənni Nadir Qafarzadə isə müğənnilikdən başqa peşə ilə məşğul olmaq istəmir:
“Müəyyən yaşdan sonra ola bilər ki, qazancım azalsın. İki oğul böyüdürəm, onlara gözəl təhsil vermişəm. Mən yaşlanan zaman da onlar məni saxlayacaq. Amma istəyirəm ki, Allah məni övladlarıma möhtac etməsin, həyat yoldaşımla əl-ələ verib yaşayaq. Qara günümə, qocalığıma pul yığıram. Rəhmətlik anam deyirdi ki, 3 manat qazananda ikisini saxla, qarınla səni heç kim tanımayacaq. Sabah başqa kişiyə möhtac olmaq istəmirəm”.
Sevil və Sevinc bacıları isə ailə qurduqdan sonra bizneslə məşğul olmaq istədiklərini bildiriblər:
“Bizneslə məşğul olmaq istəyirik. Təbii ki, hər kəs biznes-ledi olmaq istəyir. Amma bu ad çox böyükdür. İndi kiçik butiki də olan özünü biznesmen adlandırır. Bizim böyük işlər görmək fikrimiz yoxdur. Balaca mağaza açıb işlətmək istəyirik. Ərə gedəndən sonra vaxtımızı daha çox ailəmizə sərf edəcəyik”.
Qeyd edək ki, bizneslə məşğul olan məşhurlar da az deyil. Röya Ayxanın "First Fashion Lab" adlı moda evi var. Şoumen Murad Dadaşov isə şirniyyat mağazasının sahibidir. Xuraman Şuşalı, Xatirə İslam, Tünzalə Əliyeva, Fatimə Fətəliyeva xına mərasimlərinin təşkili ilə məşğul olurlar. İradə İbrahimovanın vizajist bacısı Nigar İbrahimova, Rəqsanə İsmayılova, Yaşar Cəlilov gözəllik salonu işlədirlər.
Şou əhli müğənnilikdən başqa, hansı peşəylə məşğul olmağı bacarar? - sorğu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Qızıma deyirəm ki, döz” - Əməkdar artisdən qadınlara məsləhət
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
300 evi, idman kompleksi, 12 mağazası var
Dünən
·
12:20
Məşhur klipdəki xanım illər sonra üzə çıxdı - FOTO
28 Oktyabr 2026
·
18:20
Bankın verdiyi puldan imtina etdi, ehtiyac sahiblərinə payladı
27 Oktyabr 2026
·
20:42
"Qaçaqaçdayam, nəvələrimi yolüstü görürəm" - Əməkdar artist
27 Oktyabr 2026
·
18:59
Top xəbərlər
Layihələr
Son xəbərlər
Melaniya Tramp Ukraynaya yardım edəcək?
Bu gün
·
02:10
Süni intellektdən məsləhət aldı, həyatını itirdi
Bu gün
·
02:03
Güclü yağışlardan sonra ilan və timsahlar üzə çıxdı
Bu gün
·
01:08
Bu məktəbdə bir müəllim, bir şagird var
Bu gün
·
00:44
Prospektdə qəzaya görə yaranan məhdudiyyət aradan qaldırıldı
Bu gün
·
00:39
4 bürcün tezliklə həyatı dəyişəcək
Bu gün
·
00:30
“Müharibəyə hazırıq, amma istəmirik” - Putin
Bu gün
·
00:25
Bakının bu ərazilərində qaz olmayacaq
Bu gün
·
00:21
Leysan Məmmədov işdən çıxarıldı
Bu gün
·
00:15
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
Bu gün
·
00:04
Bakı və Abşeronun bu hissəsində işıq kəsiləcək
Dünən
·
23:16
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşdı
Dünən
·
23:07
Ölən şagirdin həyatı ilə bağlı yeni faktlar - “O qadın anası deyildi”
Dünən
·
23:05
Pul sarıdan bəxti gətirəcək bürclər
Dünən
·
22:48
Ərdoğan və Tramp Türk Dövlətləri Təşkilatının sammitini müzakirə ediblər
Dünən
·
22:28