Təzə oxumağa başlayanda birinci Namiq Qaraçuxurlunu tanımışam. İlk onun ad gününə getmişdim. Əli yüngül oldu.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "10-dan sonra" verilişində deyib. İfaçı meyxananı ona Namiq Qaraçuxurlunun sevdirdiyini bildirib:

"O vaxt Moskvada yaşayırdım. Mən meyxana sevən insan deyiləm. Namiq sayəsində meyxananı sevib, qulaq asmışam".

R.İsmayılova sənət adamlarının problemlərindən danışıb:

"Elə dərdlərimiz, problemlərimiz var ki, efirdə demək olmur. Sənətdə olan kişilərə dərdini demək daha çətindir. Azərbaycan mentaliteti var: Kişi çıxıb efirdə ağlayarmı? Yaraşmır. Biz gəlib oturmaqla, "bizdən bəxtəvər, xoşbəxt yoxdur" kimi görünürük. Çətinliklərimiz, problemlərimiz var".

Milli.Az