Milli.Az primetime.az-a istinadən xəbər verir ki, tanınmış meyxana ustası Namiq Qaraçuxurlunun sənətində durğunluq yaşanır. O, sanki yaradıcılıqdan uzaq düşüb. İfaçı bu məsələyə "İncə Sənət" verilişində aydınlıq gətirib:

"Doğrudur, fəaliyyətimə kiçik fasilə vermişəm. Amma heç kim düşünməsin ki, Namiq sənəti tərk edir. Mən heç vaxt bu addımı atmaram. Heç vaxt sənəti tərk etmərəm. Bu aralar kiçik biznesimi böyütməyə üstünlük vermişəm".

Milli.Az