Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi üçün çox sayda idman kompleksləri və əzəmətli saraylar tikilir. Bu komplekslərin tikintisinə milyonlarla pul xərclənir. Amma bu komplekslər boş qalır. Son nəticədə xaricdən əcnəbi məşqçi gətirilir, elə həmin xaricdən də idmançı milliləşdirilərək yığmaya cəlb edilir. Gənclər və İdman Nazirliyindən isə deyirlər ki, onlar xarixdən məşqçi gətirmək işinə qarışmırlar. Bu Federasiyaların öz təşəbbüsüdür. Nazirlik idmançıların yarışlara getməsi, onların təlim-məşq toplantılarının təşkil olunması, yarışlara ezam olunmasını təşkil edir.
İlk olaraq yaranandan bəri legioner idmançı cəlb etməyi prioritet kimi götürən avarçəkmə idman növündən başlayaq .
Avarçəkmə Federasiyasının mətbuat xidmətinin rəhbəri Elşən Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, federasiyanın fəaliyyəti dövründə qazanılan bütün uğurlar birmənalı olaraq əcnəbi məşqçilərin payına düşdüyünü deyib.
Avropa və Dünya çempinatının kanoe növündə 4 qat çempion Valentin Demyanenko, Avropa çempionu Sergey Bezuqlıy, Maksim Prokopenko kimi idmançılar milliləşdirilmiş legionerlərdir. Kayak idman növündə baş məşqçi ukraynalı mütəxəssis, akademik avarçəkmə növündə isə bolqarıstanlı mütəxəssis çalışır.
Federasiya rəsmisi yerli mütəxəssilərin, yerli idmançılar olmamasının əsas səbəbini bu fedarasiyanın təzə yaradılması ilə əlaqələndirilir: “Hazırda xarici məşqçilərlə yanaşı yerli idmançılarımız da çalışırlar. Onlar birgə işləyirlər və təcrübə qazanırlar. Yerli məşqçilər daha çox köməkçi kimi çalışırlar. Problemlər maliyyə ilə bağlı deyil. Yerli mütəxəssislər yetişdirmək üçün Bədən Tərbiyyə və İdman Akademiyasında da bu bölməni açılmasına ehtiyac var. Bizim üçün Bakıda da yaxşı şərait yaradılmalıdır. Hazırda idmançılarımız Mingəçevirdə məşqlər keçirlər. Orada xüsusi avarçəkmə məşqlərinin keçirilməsi üçün göl yaradılıb. Ancaq bütün idmançıları Bakıya aparmağa imkan yoxdur. Bu barədə Gənclər və İdman Nazirliyinə müraciət etmişik. Hələlik gözləyirik”.
Vəziyyət o həddə çatıb ki, Azərbaycanın milli idman növü sayılan güləş də xarici məşqçilər çalışır. Yunan-Roma güləş yığmamızda türk mütəxəssis işləyir.
Milli Olimpiya Komitəsində (MOK) fikirləşirlər ki, həqiqətən də, Azərbaycanda idmanın inkişafı üçün yaxşı, yerli mütəxəssislərə ehtiyac var. MOK-un idarə rəhbəri Cəmaləddin Rəhmanov ANS PRESS-ə deyib ki, əsas şərtlərdə biri idmançların hazırlanmasıdır.
Onun sözlərinə görə, ölkədə komanda idman növlərində müəyyən problemlər var: “Qadın voleybolunda inkişaf olsa da, kişi voleybolunda, həndbolda və s. idman növlərində inkişaf zəifdir".
MOK rəsmisi deyir ki, bunun üçün bölgələrdə komandalar yaradılmalıdır. O, deyib ki, elə idman növləri var ki, indi də həmin sahələr bərbad gündədir”.
İdarə rəisi bildirir ki, ölkədə yerli mütəxəssisləri yetişdirmək üçün tək pul kifayət deyil: "Bəzən çoxlu pul xərclənir. Lakin baxırsan ki, həmin idman sahəsi inkişaf etmir. Düzdür idman kompleksləri var. Lakin ucqar kəndlərdə də kiçik idman zalları tikmək lazımdır".
Sözsüz ki, hər şey mümkündür. Bunun üçün düzgün siyasət və planlaşdırılmış iş lazımdır. Onda Azərbaycan adından çıxış etmək üçün əcnəbi idmançılara verilən yüz minlərlə pul da göyə sovrulmaz. Bu pulun 10-da birinə bölgələrimizdə öz idmançılarımızı yetişdirmək olar. Həmin idmançılardan da gələcəkdə yaxşı məşqçi çıxacaq. Bizim də canımız yalnız pulu fikirləşən əcnəbi idmançılardan qurtaracaq. Vəssalam! Mənbə
ANS PRESS