Əməkdar artist Şəbnəm Tapdıq ANS-in aparıcısı Şəbnəm Xeyrulla qarşısında təəccübləndirici şərt qoyub.
Axşam.az-ın məlumatına görə, müğənni aparıcıdan "Şəbnəm" adını dəyişdirməsini istəyib.
Ş.Xeyrulla bu haqda sosial şəbəkədə yazıb. O, müğənninin bu yaxınlarda ona zəng vurub bunları dediyini vurğulayıb:
"Təklif edirəm ki, adınızı dəyişəsiniz. Şəbnəmnur, Şəbnəmtac edə bilərsiniz. Əvvəl ancaq Şəbnəm adlı müğənnilərin bunu etməsini istəyirdim. Amma siz də tanınmış aparıcısınız. Axı biz ziyalı, şair ailəsiyik. Məhkəməyə gedib çıxmaq istəmirəm. Eh, günah mənim anamdadır. Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim. Atamın mənə verdiyi bu adı başqaları oğurlamazdı. Atam təklif edir ki, bu qədər adamı dağa-daşa salmaqdansa, öz adını dəyişdir, İlkşəbnəm qoy, vəssalam. Amma mən istəmirəm axı, belə olsun. Ay sağ ol, adınızı dəyişmək haqda düşünün. Soruşanlara da deyin ki, Şəbnəm Tapdıqın adını daşıyıram. Amma elə onun istəyi ilə də adımı dəyişirəm. Olarmı?".
Ş.Tapdıq adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyini də söyləyib. O, "Şəbnəm" adının bütün hüquqlarının ona aid olduğunu deyib.
Aparıcı ifaçının bu təklifini qeyri-ciddi qəbul edib.
Qeyd edək ki, Ş.Xeyrulla “Alın yazısı” verilişinin aparıcısıdır.