İngiltərə milli komandası qapıçı Cek Batlendin xidmətindən məhrum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Almaniya ilə yoldaşlıq matçında zədələnərək oyunu tərk edən 23 yaşlı "çərçivə qoruyucusu"nun vəziyyəti ağırdı.

Belə ki, futbolçunun ayaq biləyi qırılıb və onun yaşıl meydanlara dönüşü 3 aya qədər çəkəcək. Bu isə o deməkdi ki, qapıçı AVRO-2016-nı buraxacaq.

Qeyd edək ki, "Stok Siti" forması geyinən Batlend Premyer Liqada meydana çıxdığı 31 oyunda 37 qol buraxıb.

Milli.Az