Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb.
Milli.Az nazirliyin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:19-da başa çatmışdır.
Milli.Az