Bakı küçələri bayramqabağı dilənçilərdən təmizlənib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb.
Saxlanılanların 12-si qadın, 4-ü kişi və 13 azyaşlı olub. Onlar yaşadıqları Xızı rayonuna göndəriliblər.