Əslən Güney Azərbaycandan olan milyarder, martın 21-də ABŞ-da tutulan Rza Zərrabın adı ötən ilin 17-25 dekabr tarixlərində Türkiyədə rüşvətxorluq və korrupsiyaya başlamış əməliyyatlarla bağlı adı hallanır.
Milli.Az CNn-ə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərində R.Zərrabın tutulmasına sanksiya verən amerikalı prokuror Prit Bhararanın yaydığı açıqlamaya görə, istintaq Nyu-Yorkda davam edəcək.
P.Bharara Twitter-dəki mikrobloqunda yazıb: "Zərrab pulla zaminə buraxılmaqdan imtina edərk "Buyurun, ifadə verməyə hazıram, çəkinmirəm" dedi. O, bazar ertəsi Nyu-Yorkda hakim qarşısına çıxarılacaq".

Azərbaycanlı milyarderdən şok qərar: "Buyurun, çəkinmirəm!"

R.Zərrabın pulla zaminə buraxılmaqdan imtina təki gözləniliməz qərarı onun istintaqla əməkdaşlıq etmək niyyətindən xəbər verə bilər.
33 yaşlı Rza Zərrab "İrana qarşı tətbiq edilən sankisyalara riayət etməyərək ABŞ-ı aldatmaq, bank saxtakarlığı ilə məşğul olmaq və çirkli pulları yumaq"da suçlanır.
R.Zərrabın xanımı, Türkiyənin məşhur müğənnisi Ebru Gündeş isə ABŞ-a, ərinin yanına yollanmaq fikrindən vaz keçib. O, bu ayın sonunadək Türkiyədə 9 konsert verəcək.
Milli.Az