Ödənişli təhsil alan tələbələrin çoxu təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bununla bağlı millət vəkillərinin maraqlı təklifləri var. Yəni, universitetlər bəzi güzəştlər tətbiq edə bilər. Misal, tələbə təhsil haqqını aylar üzrə bölərək ödəyə bilər.
Kimisi illik 1600 manat, kimisi 1200, kimisi 2000 manat ödəyir. Əksər universitetlərdə illik ödəniş ildə 2 dəfəyə, bəzilərində isə bir dəfəyə ödənilməlidir. Millət vəkilləri təhsil haqqının rahat ödənilməsi üçün bir sıra təkliflər irəli sürürlər. Deputat Asim Mollazadə deyir ki, ən optimal variant beynəlxalq təcrübədə olduğu kimi təhsil kreditlərinin təşkil edilməsidir
Millət vəkilinin fikrincə mövcud vəziyyət nəzərə alınarsa, bu banklara da sərf edəcək.
Millət vəkili Musa Qasımlı isə təklif edir ki, təhsil haqqını aylara bölünərək ödənilməsi tələbələr üçün daha rahat olar
Tələblərin fikrincə isə, ən ideal variant elə təhsil haqqının aylar üzrə bölünərək ödənilməsidir.
Milli.Az