"Ad günümü keçirmək istəmirəm", - aprelin 15-də anadan olmuş müğənni Alla Puqaçova günlər öncə demişdi.

Amma həmin gün həyat yoldaşı Maksim Qalkinlə balıqçı restoranına şam yeməyinə gələn primadonna sürprizlə üzləşib. 30-dan çox qohumu və tanışı onun ad gününə yığışıb.

Milli.Az "Komsomolskaya Pravda"ya istinadən bildirir ki, qonaqlar arasında Allanın qızı Kristina Orbakayte, nəvəsi Nikita Presnyakov, rəfiqəsi Alina Redel, bəstəkar İqor Nikolayev, siyasətçi Vladimir Kojin, müğənni Aleksandr Buynov və xanımı Alyona, aktrisa Olesya Sudzilovskaya, Andron Konçalovski ilə xanımı Yuliya və başqaları vardı.

Səhər ertədən Alla ilə Maksimin yaşadıqları villaya pərəstişkarları və dostları adından dəstə-dəstə güllər, portretlər, qutu-qutu şirniyyat, bəzək əşyaları gətirlib.

Kristina anasına üzüklə bahalı çanta hədiyyə edib. Puqaçova restorana elə həmin çantanı götürüb.

Qonaqlar arasında olan bəstəkar İqor Krutoy deyib ki, Alla onlar üçün 17 yaşında yazdırdığı ilk mahnını ("Robot") oxuyub.

Primadonna balıq sevdiyindən qonaqlara da elə əsasən balıq yeməkləri təqdim edilib.

Qonaqlar məkanı gecəyarıdan xeyli ötmüş tərk ediblər.

Çıxarkən Alla Puqaçova jurnalistlərə də bir-iki söz deyib:

"Maks mənə dedi ki, gedək, elə-belə restoranda oturaq. Belə hazırlıq gördüyünü bilmirdim. Ömrümdə birinci dəfə ad günümü belə yaxşı keçirdim, gözəl istirahət edlədim".

Milli.Az

"Dedi, gedək, elə-belə restoranda oturaq" - VİDEO - FOTO
"Dedi, gedək, elə-belə restoranda oturaq" - VİDEO - FOTO
"Dedi, gedək, elə-belə restoranda oturaq" - VİDEO - FOTO
"Dedi, gedək, elə-belə restoranda oturaq" - VİDEO - FOTO
"Dedi, gedək, elə-belə restoranda oturaq" - VİDEO - FOTO