Rusiyanın ən məşhur müğənnisi Alla Puqaçova aprelin 15-də 67 yaşını qeyd edib.
Müğənninin Moska yaxınlığındakı villasında təşkil edilmiş ad gününün ertəsi günü ona tanınmış teleaparıcı Dmitri Dibrov və "Uralskie pelmeni" ŞHK klubunun üzvləri qonaq olublar.
Milli.Az KP-yə istinadən bildirir ki, A.Puqaçovanın əri, komik və parodiyaçı Maksim Qalkin qəsrə bənzəyən villadakı əntiq əsərlər kolleksiyasını qonaqlara göstərib. Kolleksiyada 14-15-ci əsrlərə aid nadir tablolar da var.
Dmitri Dibrovun xanımı Polina Dibrova İnstaqram-dakı profilində bu ad günü barədə yazıb, fotolar paylaşıb: "Alla Puqaçova əsl kraliçadır, qəsrdə yaşayır. Villa çox gözəl, Puqaçovanın ailəsi ziyalı, gözəl insanlardır. Onun övladları Liza və Harri ecazkar uşaqlardır".
Milli.Az





