Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda, rayon mərkəzindən 10 km aralıda yerləşən Balakürd kəndində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.Goranboyda avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:55-də başa çatıb.
Milli.Az