Onlar sanki əsrlər, minilliklər əvvəldən indiyə "zaman tuneli" ilə gəlmiş insanlardır.
Bu şəxslər ovçulardır və şikarlarını da bəbirlə birlikdə ovlayırlar.
İki ovçu ilə bəbir bir-birlərini sözsüz, bir baxışdan anlayırlar və onların arasında tam qarşılıqlı anlaşma var.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Afrikanın cənub-şərqində, Namibiyadakı Naankuse Təbiət Qoruğunda (Naankuse Wildlife Reserve) yaşayan qədim san qəbiləsinin mənsubları olan ovçuların dediklərinə görə, bəbirlə aralarında qarşılıqlı anlaşma ilə yanaşı, sayğı da var.
26 yaşlı fotoqraf Cek Somervill yay və oxlarla silahlanaraq bəbirin müşayiəti ilə ova çıxmış ovçuların şikar arayarkən özlərini yırtıcının yanında rahat, əla hiss etdiklərini söyləyib.
Şimali London sakini Somervillin dediyinə görə, "buşmenlər" və "basarvalar" kimi də tanınan san qəbiləsi Namibiya ilə bahəm Botsvana, Anqola, Zambiya, Zimbabve və Cənubi Afrika Respublikasında yaşayırlar.
Milli.Az

Bəbirlə ova çıxan heyrətamiz ovçular - FOTO