67 yaşlı rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinin "MaksimMaksim" adlı yeni şou proqramının reklam çarxında çəkilib.
Axşam.az rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni hamam otağında köpüklü vanna qəbul edərkən, Qalkin "Karib dənizinin Quldurları" filmindəki Cek Vorobya obrazında otağa girir. Reklam çarxı çütlüyün qəsrində çəkilib.
Çılpaq görüntülənən müğənni, bu addımı həyat yoldaşının verilişinin reytinqini artırmaq üçün atdığını bildirib.
Xatırladaq ki, yeni yumoristik şou "МаksimMaksim" 1-ci kanalda yayımlanacaq.

