Almaniya parlamentinin "erməni soyqırımı" ilə bağlı qərar qəbul etməsi çox təhlükəli qərardır və bizdə ciddi narahatlıq doğurur. Tarixi təcrübə göstərir ki, Almaniyada hər dəfə belə tendensiyalar sonradan çox təhlükəli forma alır. Ona görə də, məncə, bu hadisə dünyanı dərindən düşünməyə vadar etməlidir.

Dünya düşünməlidir: "Almaniyadakı belə tendensiyalar sonradan çox təhlükəli forma alır"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibətdə bildirib.

Dünya düşünməlidir: "Almaniyadakı belə tendensiyalar sonradan çox təhlükəli forma alır"

Millət vəkili Bundestaqın bu qərarının nə üçün çox böyük narahatlıq doğurduğunu belə əsaslandırıb: "Bundan öncə Almaniyanın rəhbərliyi dəfələrlə bəyan edib ki, multikulturalizmin sonu gəlib çatıb. Belə bir ölkənin parlamentində belə bir qərarın qəbulu çox təhlükəli tendensiyanın yaranmasının təzahürüdür.

Dünya düşünməlidir: "Almaniyadakı belə tendensiyalar sonradan çox təhlükəli forma alır"

Almaniyada islamofobiya, ksenofobiya, antisemitizm kimi neqativ meyllərin artması və multikulturalizmə son qoyulması fonunda saxta tarix əsasında xristianlığı, erməniləri müdafiə edən sənəd qəbul etmək, əslində, yeni "Berlin divarı"nın inşası deməkdir. Bu, eyni zamanda, Avropanın yeni təhlükələr qarşısında qalması deməkdir".

Dünya düşünməlidir: "Almaniyadakı belə tendensiyalar sonradan çox təhlükəli forma alır"

A.Mollazadə bu məsələdə Almaniyada yaşayan türklərin aciz qalmasının da qəbuledilməz olduğunu qeyd edib: "Bizdə narahatlıq doğuran digər amil budur ki, Almaniyada yaşayan milyonlarla türk öz təzyiqini, təsirini göstərib belə bir saxta sənədin qəbuluna mane ola bilmədilər. Bu da çox böyük təəssüf doğurur..."

Qeyd edək ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.

İlkin İzzət
Milli.Az