Bazar günü, iyunun 5-də Moskvada səs-küylü toy məclisi olub. Erməni oliqarx, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, toyda Ermənistanın prezidenti Serj Sarkisyan da qonaqlar arasında olub. Təmtəraqlı keçən toyda Rusiya ilə yanaşı dünyaca məşhur ifaçılar da iştirak edib.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur "Maroon 5" qrupunun solisti Adam Livaynın çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.

Toyda Azərbaycan musiqisi də səslənib. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi erməni rəqsi kimi qələmə verilib. Toya gəlmiş 500-dən artıq qonaq qarşısında bu musiqi altında rəqs ediblər.

#sarkissalome ❤️

Видео опубликовано Olia Kalaeva (@oliak)

Samvel Karapetyan turizm, inşaat, daşınmaz əmlak sektorunda 5 milyard dollarlıq sərvəti ilə Rusiyanın dünyaca zəngin iş adamlarından biridir. Futbol üzrə Ermənistan millisinə qazandığı hər matçdan sonra 200 min dollar mükafat verməsi ilə tanınan iş adamının ölkəsinin siyasi həyatına təsir edə bilir.

Erməni əsilli milyarderin yaxtası Türkiyəyə gətirilib