Türkiyə mətbuatında Xocalı həqiqətləri

Türkiyə mətbuatında Xocalı həqiqətləri
23:22 25 Fevral 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Qardaş ölkə nəşrlərində soyqırımı ilə bağlı yazılar dərc olunur
Türkiyə mətbuatında Xocalı soyqırımı barədə məqalələr dərc olunub. Qardaş ölkənin nüfuzlu “Zaman” qəzetində XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı faciəsi haqqında geniç məqalə nəşr olunub. Məqalədə bildirilir ki, 26 fevral 1992-ci ildə 5 min əhalisi olan və Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 106 qadın, 63 uşaqla birlikdə ümumilikdə 613 nəfər dinc sakin ermənilər tərəfindən qətlə yetirilib: “Bu hadisələr zamanı 1275 nəfər əsir götürüldü. Həmin gün insanların başlarının dərisi soyuldu, qadınlar təcavüzə məruz qaldı, uşaqlar yandırıldı, bəzilərinin isə gözləri çıxarıldı, bir çox insanın başı kəsildi. Şahidlərin dediyinə görə, erməni əsgərləri kəsilmiş başlardan top kimi istifadə edirdilər. Bu soyqırımının şahidlərindən biri də Valeh Hüseynovdur. O, ermənilər şəhərə hücuma keçərkən həyat yoldaşı ilə birlikdə evdə idi. Valeh həyat yoldaşı ilə birlikdə Ağdam şəhərinə qaçmağa məcbur oldular. Lakin şəhərə çatmaq o qədər də asan deyildi. Şəhərdən çıxan zaman Valehin gözü qarşısında həyat yoldaşı ilə birlikdə 500 nəfərdən çox insan qətlə yetirildi, özü isə əsir düşdü. Əsir qaldığı 27 gün boyunca ona işgəncə verdilər, lakin sonradan öldüyünü zənn edib onu bir dərənin kənarına atdılar. Lakin sonradan ölmədiyini görüb onu güllələməyi qərara aldılar. Valeh ölümün bir addımlığında ayın tarixini soruşub. Həmin gün 21 mart idi. 22 mart Valehin ad günü idi. Erməni əsgərləri onu həmin gün öldürməyəcəklərini, lakin onu 23 martda diri-diri doğrayacaqlarını dedilər. Lakin Valehin bəxti gətirdi. Səhəri gün o, erməni əsirlərlə dəyişdirildi. Valeh Hüseynov sağ qalsa da, Xocalıda baş verən soyqırımı onun yaddaşından heç vaxt çıxmayacaq”.

Məqalədə Valeh Hüseynovun yaşadığı bu hadisələr haqqında “Sonsuz dəhliz” adlı sənədli film çəkdiyi qeyd olunur: “Sənədli film “Xocalı üçün ədalət” kampaniyası çərçivəsində nümayiş etdiriləcək. 2008-ci ildə Leyla Əliyeva bu kampaniyanın əsasını qoyub. “Xocalı üçün ədalət” kampaniyasının məqsədi dünya birliyinə Xocalıda baş verən soyqırımı haqqında məlumat verməkdir. Hələ də Qarabağ bölgəsində sülh əldə olunmayıb və qətliamın iştirakçıları cəzalandırılmayıb”.

Yazar sonda vurğulayır ki, “Xocali üçün ədalət” kampaniyası çərçivəsində Türkiyədə müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulub: “İstanbuldan kənarda da anım mərasimi keçiriləcək və sərgilər təşkil olunacaq. 26 fevralda saat 20:00-da “Milli Saraylar” muzeyində Xocalı soyqırımının anım mərasimi keçiriləcək”.

Türkiyənin “Yeni Çağ” qəzeti isə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun “Azadlıq üçün mübarizə apararıq” başlıqlı məqaləsini dərc edilib.

Məqalədə bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə baxmayaraq, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon hələ də erməni əsarəti altındadır və Xocalı şəhərində baş verən qətliamın iştirakçıları hələ də cəzalandırılmayıb: “Əgər münaqişə sülh yolu ilə həll olunmasa, Azərbaycan torpaqlarını hərb yolu ilə azad etməyə hazırdır. SSRİ-nin dəstəyi ilə ermənilər Xocalı şəhərində soyqırımı törətdilər. SSRİ-nin o dövrdəki rəhbərliyi və Qorbaçov tərəfindən hakimiyyətə gətirilən Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətə, ölkədəki siyasi böhrana, ordunun Moskvadan verilən əmrlərə tabe olmasına, azərbaycanlıların əlindən bütün silahların, hətta ov tüfənglərinin belə müsadirə olunmasına görə Azərbaycan müharibədə məğlub oldu. Ermənistan isə sovet ordusunun silahları ilə təpədən dırnağa kimi təchiz edilmişdi”.

Yazar qeyd edir ki, soyqırımı gecəsi haqqında danışmaq və nəsə yazmaq asan deyil: “1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı olduqlarına görə insanlar vəhşicəsinə öldürüldü. Həmin gecə 613 nəfər azərbaycanlı qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü. Lakin dünya birliyi Xocalıda baş verən soyqırımına qarşı heç bir tədbir görmədi. Bu da Ermənistan rəhbərliyini daha da cəsarətləndirdi və Dağlıq Qarabağla birlikdə ətrafındakı 7 rayon işğal edildi. 1994-cü ilin may ayında Azərbaycanla Ermənistan arasında atəşkəs elan olundu. Lakin bu münaqişə 20 ildir ki həllini tapmır”.

Həsən Zeynalov vurğulayır ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan bu dövr ərzində çox güclənib və azadlıq üçün müharibədən çəkinmir: “Heydər Əliyevin təməlini qoyduğu və İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət artıq öz bəhrəsini verib. Azərbaycanın işğal altında olan əraziləri qaytaracağına heç bir şübhə yoxdur. Dövlətimizin güclü və ona verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirə bilən ordusu var. Sülh da

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR