Nəhayət ki, artıq günlərdir anonsları yayımlanan və hər kəsin səbirsizliklə gözlədiyi konsert baş tutdu. Yayın ilk konserti Nabranda istirahət mərkəzlərinin birində reallaşdı.

Milli.Az bildirir ki, saat 21:00-dan etibarən qapılar konsertə gələn qonaqların üzünə açıldı. Konsert üçün nəzərdə tutulan biletlər artıq satılsa da, son saatlarda məkana gələnlərin sayı durmadan artırdı. Hətta əlavə yerlərin açılmasını tələb edən tamaşaçılar üçün səhnədən kənarda böyük monitorlar quraşdırıldı. İşıq effektləri, monitorları və keyfiyyəti ilə fərqlənən səhnənin quruluşu isə "Z Company" şirkətinə həvalə edilmişdi. Beləliklə tamaşaçıları salamlamaq üçün hər kəsin Lider televiziyasından yaxşı tanıdığı peşəkar aparıcı Lamiyə Ələkbərova səhnəyə dəvət olundu. Hər şeyin qüsursuz tərtib olunduğu məkana xalq artisti Aygün Kazımovanın daxil olmasını sevənləri böyük coşqu ilə qarşıladı. Kazımovanın konserti üçün xaricdən gələn qonaqların da sayı az deyildi.

Xalq artisti səhnədə göstərdiyi performansla bundan əvvəlki müsahibələrində dediyi kimi, sözünə əməl edərək Nabranı yerindən oynatdı. Peşəkar rəqqaslarla birgə möhtəşəm şou göstərən ifaçını daha sonra aparıcı İslam Mehrəliyev və Təranə Əliyeva əvəz elədilər. Onların Rusiya şou-biznesinin tanınmış simaları Alla Puqaçova və Maksim Qalkinin obrazını canlandırması isə gecənin ən maraqlı və gözlənilməz məqamlarından biri idi. Ailəvi istirahətə gələn qonaqlar üçün unudulmaz gecə yaşadan Aygün Kazımovanı səhnədə yaxın dostu Rəhim Rəhimli tək qoymadı. Rəhimin səhnədəki şousuna isə rəqqasə Rəna Ağamuradova çıxışı ilə rəng qatdı. Gənclərin nəbzini tutmağı bacaran Rəhimli mahnıları, rəqsi və enerjisi ilə özünəməxsus şou göstərdi. Daha sonra isə söz El Faro istirahət mərkəzinin icraçı direktoru Hacı Quliyevə verildi.

Quliyev gələn qonaqları salamladıqan sonra istirahət mərkəzinin özəllikləri haqda ətraflı məlumat verərək səhnəyə Azərbaycanda bir çox iri layihələr həyata keçirən tanınmış iş adamı Cabbar Məhərrəmovu dəvət edib, istirahət mərkəzində yaradılan şəraitə görə təşəkkürünü bildirdi. Cabbar Məhərrəmov isə ölkədən xaricdə fəaliyyət göstərən iş adamlarına dəstək olduğu üçün dövlət başçısına minnətdarlığını bildirdi. Gecə ərzində xalq artisti tamaşaçıların zövqünü oxşamaq üçün müxtəlif geyimlərdə çıxış etdi. Onun görünüşü ilə isə tanınmış stilist Qusik Simon geyimləri ilə isə modelyer Gülya məşğul idi. Kazımovanın performansını izləmək üçün tanınmış bəstəkar Gövhər Həsənzadə və aparıcı Afaq Gəncəli də gəlmişdi.Tamaşaçılarına yayın ən unudulmaz gecəsini yaşadan Aygün Kazımovaya sürpriz də hazırlanmışdı. Belə ki, konsertin sonlarına yaxın xalq artistinin illər ərzində yaradıcılıq fəaliyyətindən bəhs edən film həm Kazımovaya, həm də gələn qonaqlara nümayiş etdirildi.

Daima səmimiliyi seçilən xalq artisti konsertin sonunda ürək sözlərini sevənləri ilə bölüşərək, bu illər ərzində onu heç vaxt tək qoymadıqları üçün hər kəsə təşəkkürünü bildirdi. Kazımova konserti adı ilə qalmaqala səbəb olan yeni mahnısı "Orasına-burasına"nı ifa etməklə bitirdi. Konsertin dizayn işlərini İbo, rejissorluğunu isə divanın dostu Anar Hüseynov edib. Konsertdən sonra DJ Roşka səhərədək diskoteka təşkil etdi. Beləliklə, bu konsert gələn qonaqlar üçün əvəzolunmaz gecəyə çevrildi.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Milli.az, Day.az və Trend azdır. Fotolar Kamran Aydınova məxsusdur.

Milli.Az

Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO
Aygün Kazımovanın konsertindən görüntülər - FOTO