“Dəvəti səbirsizliklə gözləyirəm”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov affa.az saytına açıqlamasında deyib.

E.İsrafilov baş məşqçidən xəbər gözlədiyini söyləyib: “Millinin Ukraynanın “Şaxtyor” klubu ilə oyununu internet vasitəsi ilə canlı izlədim və bəyəndim. Belə bir milli komandada oynamaq arzusu ilə baş məşqçi Robert Prosineçkinin dəvətini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, anası azərbaycanlı, atası isə anqolalı olan 22 yaşlı Eddi İsrafilov müqavilə ilə İspaniyanın “Mursiya” klubuna məxsusdur. O, hazırda icarə qaydasında La Liqada mübarizə aparan “Qranada”da çıxış edir.

Xatırladaq ki, bundan öncə AFFA rəsmi səviyyədə bildirmişdi ki, Eddi İsrafilov Azərbaycan millisində oynamaq üçün bir milyon dollar tələb edib.
Mənbə
ANS PRESS