Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Bilal Qısa arasında olan telefon danışığı mediaya sızıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Avro-2016-nın seçmə mərhələlərində forma geyinən "Qalatasaray" klubunun futbolçusu Terimə mükafat azlığından şikayətlənib:
"Müəllim, seçmə mərhələlərdə mən də oynadım. Hətta səfərdə Latviya ilə oyunda sonradan meydana daxil olaraq qol da vurdum. O qol çox əhəmiyyətli idi. Amma mənə mükafat verilməyib".
Term isə cavabında bunu dilə gətirməyə ehtiyac olmadığını bildirib:
"Oğlum, bura milli komandadır. Milli dəyərlər, milli hədəflər üçün mübarizə aparırıq. Puldan danışmaq düzgün deyil".
Milli.Az