Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem dünən Qərbi Hollivuddakı "SoulCycle" fitnes mərkəzindən çıxarkən reportyorlarla qarşılaşıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 4 övlad atasının dediyinə görə, idmanla aktiv məşğul olur. 41 yaşlı Bekhem sağlam həyat yaşadığını da vurğulayıb.
Onun oğlu, 17 yaşlı Bruklin isə Nyu-Yorkdakı "The New School"a imtahana yollanarkən kameralara tuş gəlib.
Milli.Az



