Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Metbuat.az xəbər verir ki, təqdimatı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Zeynal Nağdəliyev təqdimat zamanı çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib