Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bununla bağlı müvafiq əmr imzalayıb.

Müvafiq əmr ilə Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.