Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qəbələ", "Neftçi" və "Kəpəz"in potensial rəqibləri müəyyənləşəcək.
Hər 3 klub səpələnməmişlər sırasına düşdüyündən, güclü komandalarla üz-üzə qalıblar.
Artıq UEFA potensial rəqibləri konkretləşdirib. Hər komanda bir qrupa düşüb və 6 potensial rəqibi var. "Qəbələ" üçün güclü rəqib kimi Fransanın "Lill" və əsası, ötən mövsüm pley-offda qalib gələrək qrupda düşdüyü "Panatinaikos"un yenidən düşməsinin mümkünlüyü diqqət çəkir. "Neftçi"nin potensial rəqibləri arasında ən arzuolunmazı kimi Almaniyanın "Herta", "Kəpəz"də İngiltərənin "Vest Hem" klubunu göstərmək olar.
3-cü qrup
"Qəbələ"nin potensial rəqibləri
1. "Lill" (Fransa)
2. "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan) cütünün qalibi
3. "Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) cütünün qalibi
4. "Panatinaikos" (Yunanıstan)
5. "Makabi" (Hayfa) / "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
6. "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya) cütünün qalibi
4-cü qrup
"Neftçi"nin potensial rəqibləri
1. "Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya)
2. "Rapid" (Avstriya)
3. "Herta" (Almaniya)
4. "Rieka" (Xorvatiya)
5. "Aruça" (Portuqaliya)
6. "Mlada Boleslav" (Çexiya)
5-ci qrup
"Kəpəz"in potensial rəqibləri
1. "Gent" (Belçika)
2. "Slovan" (Çexiya)
3. "Vest Hem" (İngiltərə)
4. "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)
5. HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)
6. "Apollon" (Kipr)