Biz Türkiyədə bütün problemlərin həllini hüquqi müstəvidə, demokratik institutların ciddi fəaliyyəti çərçivəsində görürük.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Türkiyədə hərbi yolla baş tutmamış dövlət çevrilişinə münasibətində belə deyib.

"Biz Türkiyədə bütün problemlərin həllini hüquqi müstəvidə görürük"

Onun sözlərinə görə, Azərbaycanın istəyi Türkiyədə sabitlik, demokratiya və hüququn aliliyidir: "Biz qardaş xalqa, dövlətə stabillik və demokratik inkişaf arzu edirik. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və təbii olaraq, bu ölkədə baş verən hadisələr Azərbaycan xalqını çox narahat edir. Ona görə də biz bütün problemlərin həllinin yolunu məhz hüququn aliliyi sistemində, qanunun bərqərar olunmağında və sabitliyin bərpasında görürük".

İlkin İzzət
Milli.Az