Tacikistanın faraj.tj portalında Xocalı faciəsi haqqında məqalə yayılıb

Tacikistanın faraj.tj portalında Xocalı faciəsi haqqında məqalə yayılıb
19:13 27 Fevral 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Düşənbə, 27 fevral, AZƏRTAC
Tacikistanın faraj.tj portalında Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tacik dilində məqalə yayılıb.
Məqalədə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdikləri bildirilir.
Amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olduğu, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü qeyd edilir.
Materialda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.
Məqalədə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.
Yazıda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.
Məqalədə Xocalı soyqırımının ABŞ-ın 16 ştatı, həmçinin Pakistan, Kolumbiya, Meksika, Bosniya-Herseqovina, Rumıniya, Serbiya, Çexiya, Peru, Honduras kimi ölkələrin qanunverici orqanları tərəfindən rəsmən tanındığı qeyd olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanin_farajtj_portalinda_Xocali_faciesi_haqqinda_meqale_yayilib-835654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR