"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ölkənin Olimpiya Komitəsi yayıb.
Bildirilib ki, oğrular nümayəndə heyətinin olduğu avtomobili qəza vəziyyətinə salıblar və silahla hədə-qorxu gələrək, onların şəxsi əşyalarının alaraq xidməti avtomobili qaçırıblar.
"Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Braziliyada konsulluq işlərinə cavabdeh olan Çernoqoriyanın Argentinadakı səfirliyi Braziliya XİN-nə hadisə ilə bağlı nota göndərəcək", -məlumatda deyilir.