Efirdə üstünə həkim çağrılan məşhurun kimliyi niyə gizlədildi? (VİDEO)

Efirdə üstünə həkim çağrılan məşhurun kimliyi niyə gizlədildi? (VİDEO)
14:46 2 Mart 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

ANS telekanalında yayımlanan "A-dan Z-yə" verilişinin sonuncu buraxılışı tamaşaçılarda anlaşılmazlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, anonslarda göstərilən görüntülərin heç biri efirdə yayımlanmayıb.

Anons edilən görüntülərdə çəkiliş zamanı qonaqlardan birinin qəfildən vəziyyəti pisləşən qonaqlardan biri yerə yıxılır. Daha sonra təcili tibbi yardım çağırılır. Verilişin əsas qonağı olan aşıq Zülfiyyə, digər qonaqlar isə əməkdar artist Baloğlan Əşrəfov və rəqqasə Fatimə olub. Xanımlar yaşananlardan sonra şoka düşüblər.

Anonsu izləyənlər televiziya tamaşaçıları orada B.Əşrəfovun səhhətində problem yarandığını düşünüblər. Əslində isə bu belə deyil. Verilişin yaradıcı heyyəti əməkdar artistin işləri ilə əlaqədar yaşananlardan öncə proqramı tez tərk etməli olduğunu bildirdi. Yəni əməkdr artistin sağlamlığında heç bir problem yoxdur.

Sadəcə olaraq çəkiliş zamanı halı pisləşən qonaq yaradıcı heyyətdən xahiş edib ki, onun üzü göstərilməsin. Onlar da öz növbələrində qonağa hörmət əlaməti olaraq həmin şəxsin kimliyini gizli saxlayıblar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=329169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR