Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyəyə səfər edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyəyə səfər edib
15:08 2 Mart 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 2 mart, AZƏRTAC 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə bu ölkəyə səfərə gedib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ölkələrimiz arasında din sahəsində əlaqələrin perspektivləri müzakirə ediləcək, həmçinin Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçiriləcək.
Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınçla da görüşlər keçirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_Qurumlarla_Is_uzre_Dovlet_Komitesinin_sedri_Turkiyeye_sefer_edib-836036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR