Futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin 17 yaşlı oğlu Bruklin dəb jurnalının üz qabığına çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyanın ən dəbli azyaşlılarından sayılan Bruklin Cənubi Koreyanın "Dazed & Confused" jurnalı üçün kamera qarşısına keçib.
Dəb mövzusunda valideynlərindən geri qalmayan Bruklin çəkilişdən fotoları İnstaqramda paylaşıb.
